BİZNES

Çin vətəndaşı Bakıda şirkət açdı - NİZAMNAMƏ KAPİTALI 100 MİN DOLLAR

Çin Xalq Respublikasının vətəndaşı olan Luo Junchaonun qanuni təmsilçiliyi ilə yeni şirkət yaradılıb. 

"BI" Vergilər Nazirliyinə istinadən xəbər verir ki, "Casrian Geo" MMC 2018-ci il oktyabrın 25-də rəsmi qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 min dollardır. 

MMC-nin müşahidə şurasında isə Çin vətəndaşları ilə yanaşı azərbaycanlı iş adamları da təmsil olunur. Müşahidə şurasının üzvləri bunlardır: 
Lətifov Yaşar Aydın oğlu
Hüseynov Bəhram Bəhlul oğlu
Nəsirov İlham Mədət oğlu
Li Yanhui
Xu Xidong
Jacobsen Atle

"Casrian Geo" MMC-nin hüquqi ünvanı Səbail rayonu, Asəf Zeynallı, ev 37 göstərilib. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department