Sənaye

Xarici vətəndaş “Aqrokimya Azərbaycan"a rəhbərlikdən kənarlaşdırılıb

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “Aqrokimya Azərbaycan” MMC-nin direktoru, xarici vətəndaş Peter Simon Parr vəzifəsindən azad edilib.

“ENA” xəbər verir ki, şirkətə rəhbərlik Kamran Muradova həvalə olunub.

Xatırladaq ki, “Aqrokimya Azərbaycan” 2016-cı ildə yaradılıb. Şirkətə məxsus müəssisə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)