“Moody’s” Azərbaycanın 5 bankının reytinqini “pozitiv”ə yüksəltdi
Beynəlxalq reytinq agentliyi “Moody’s” 13 aprel tarixində Azərbaycanın 5 bankı ilə bağlı verdiyi proqnozu yeniləyib.
ENA.az xəbər verir ki, agentlik “Azərbaycan Beynəlxalq Bank”ın, “Kapital Bank”ın, “Xalq Bank”ın, “Bank Respublikan”ın və “Bank of Baku”nun reytinqlərində dəyişiklik edib.
Reytinq agentliyi Azərbaycanın bank sektorunun Makro Profilini “həddən artıq zəif+”dan (Very Weak+) “Zəif -”a (Weak-) qədər yüksəldilib.
Azərbaycan Beynəlxalq Bankının kredit ödəmə qabiliyyəti reytinqi də bir pillə yüksələrək “b3″dən “b2″də qərarlaşıb. Bankın uzunmüddətli depozit reytinqi isə “B1” səviyyəsində saxlanıb.
“Moody’s” uzunmüddətli milli və xarici valyutada olan depozitlərin reytinqi üzrə ABB-nin reytinqini “B1”, “Kapital Bank”ı “Ba3”, “Xalq Bank”ı “B2”, “Bank Respublika”nı və “Bank of Baku”nu “B3” qiymətləndirməsi ilə təsdiqləyib.
Uzunmüddətli milli və xarici valyutada depozitlərdə ABB və “Bank of Baku”nun reytinqini “stabil”dən “pozitiv”ə, uzunmüddətli milli və xarici valyutada depozitlərdə “Xalq Bank”, “Kapital Bank” və “Bank Respublika”nı isə “neqativ”dən birbaşa “pozitiv”ə yüksəldib.
“Moody’s” analitiklərinin bankların reytinq proqnozlarını pozitiv qiymətləndirməsi Azərbaycanın ölkə reytinqinin gələcəyinə pozitiv baxışlardan irəli gəlir.