Navalnı Quran kitabına görə həbsxananı məhkəməyə verdi
Rusiyada Korrupsiyaya qarşı mübarizə Fondunun təsisçisi Aleksey Navalnı cəza çəkdiyi 2 saylı islah əmək düşərgəsini məhkəməyə verib. Buna səbəb isə məhbusa "Qurani-Kərim" kitabının verilməməsi olub.
ENA.az xəbər verir ki, o, bu barədə instaqram hesabında məlumat verib.
“Mən bu kitabı əvvəllər də oxumuşam. Lakin indi daha dərindən öyrənmək istəyirəm”, -deyə Navalnı qeyd edib.