Bu həftənin - HAVA PROQNOZU
Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva nazirliyin Qubadlı rayonuna təşkil etdiyi media tur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu gün ölkə ərazisində hava şəraiti qeyri-sabit və bəzi yerlərdə yağıntılı keçsə də, aprelin 14-ü günün ikinci yarsında yağıntıları kəsilməsi gözlənilir:
"Sonrakı üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava əsasən yağmursuz keçəcək, zəif külək əsəcək. Bakıvə Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək. Aprel ayının birinci ongünlüyü hava küləkli keçsə də, temperatur normadan yüksək olub. Hətta bəxi günlərdə iqlim norma göstəricilərindən 7-9 dərəcə yüksəlib".