ABŞ-ın yeni Müdafiə naziri qadın olacaq
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatların ordu naziri (quru qoşunları) vəzifəsinə Kristin Uormutun namizədliyini irəli sürmək niyyətini elan edib.
“ENA” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, Uormut keçmiş prezident Barak Obama administrasiyası zamanı müdafiə nazirinin siyasi məsələlər üzrə müavini postunu tuturdu. O, həmçinin Ağ Evin Milli Təhlükəsizlik Şurasında işləyib. Kristin Uormut əvvəllər eləcə də Vaşinqtonun Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində ekspert olub.