TURİZM

Pandemiya dövründə mehmanxana fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə vergi güzəşti tətbiq olunurmu?

Pandemiya dövründə mehmanxana fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin gəlirlərinə vergi güzəşti tətbiq edilirmi?

ENA.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilib. Eyni zamanda, qeyd olunan fəaliyyət növləri də Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilib.

Belə ki, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilb. Bununla yanaşı, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları istisna olmaqla) müvəqqəti vergi rejiminin tətbiq edildiyi fəaliyyət növlərinə aid edilib.

Göründüyü kimi, mehmanxana və mehmanxana tipli digər obyektlərin fəaliyyəti müvəqqəti vergi rejiminin tətbiq edildiyi ayrıca fəaliyyət növü kimi təsbit edilib və müvəqqəti vergi rejiminin tətbiqi zamanı dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanlarının istisna edilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini həyata keçirən şəxslərə münasibətdə müəyyən edilib.

Qeyd olunanlara əsasən, mülkiyyət növündən asılı olmayaraq əsas fəaliyyət növü mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi olan vergiödəyicilərinə Vergi Məcəlləsinin XVIII fəsil ilə müəyyən edilmiş vergi azadolma və güzəştləri tətbiq olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)