ENA+

Hulusi Akar Türkiyə və Rusiya arasında qarşıdurma ehtimalına münasibət bildirib

“İraqın şimalında PKK qalmayacaq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, ən son terrorçu zərərsizləşdirilənə qədər mübarizə davam edəcək.

“Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək riski varmı” sualını cavablandıran nazir qeyd edib ki, istər İraqda NATO-nun varlığı, istər ABŞ-Rusiya münasibətləri, istər Aralıq dənizi, istər Qara dəniz olsun – regionda beynəlxalq diplomatiya, siyasi, təhlükəsizlik ortamı son dərəcə dinamikdir.

“Dolayısı ilə bu dinamik ortamda Türkiyə Cümhuriyyəti dövləti olaraq nəcib millətimizin haqq və mənfəətlərini qorumaq üçün gecə-gündüz demədən bütün bu iştirakçıları, amilləri dəyərləndiririk və vətəndaşımızın haqqını, mənfəətini qorumaq üçün fəaliyyət göstəririk, göstərməyə də davam edəcəyik. Dinamik bir ortam var. Gözümüzü, qulağımızı açmaq məcburiyyətindəyik”, – deyə H. Akar vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)