Axtar

Azərbaycan və Türkiyənin turizm agentlikləri əməkdaşlıq edəcək

Türkiyə Turizm Agentlikləri Assosiasiyası (TÜRSAB) ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) arasında iki ölkə arasında turizm potensialının artırılması üçün əməkdaşlıq protokolu imzalanıb.

“ENA” bu barədə türk mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hər iki qurum ortaq turizm platforması yaratmağa qərar verib.

TÜRSAB rəhbəri Firuz Bağlıkaya, ATAA rəhbəri Rüfət Hacıyev, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev və TÜRSAB-ın tibbi turizm bölməsinin rəhbəri Ali Rıfat Peşkircioğlunun iştirak etdiyi mərasimdə termal turizm sahəsində də birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33