“Rabitəbank”da yeni təyinat

“Rabitəbank” ASC-nin Mühasibat xidmətinin rəhbəri (baş mühasib) dəyişib.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Qasımzadə Fəridə Eldar qızı təyin edilib.
O, bu vəzifədə Nəzirova Məlahət Yusif qızını əvəzləyib.
Qasımzadı F.E. 2019-cu ilin iyulundan bu günə qədər baş mühasibin müavini idi.
2010-cu ildən 2019-cu ilə qədər isə Əməliyyata nəzarət şöbəsinin müdiri kimi çalışıb.