NATO: Rusiya Ukrayna ilə bağlı razılığı pozub
“NATO Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”.
“ENA” xəbər verir ki, bunu NATO-nun mətbuat katibi Oana Lunqesku “Die Welt”yə müsahibəsində bildirilib.
Onun sözlərinə görə, Ukraynanın şərqində gərginliyin artması Rusiyanın pozuculuq fəaliyyətinin nəticəsində baş verib. “Sərhəddə Rusiyanın hərbi aktivliyinin artması Ukraynanın şərqində gərginliyin azalması istiqamətində bütün səylərə zərbə vurur. Rusiya atəşkəs haqqında 2020-ci ilin iyulunda əldə edilən razılığı pozub”.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin öz ərazisi daxilində yerdəyişməsi heç kimi narahat etməməlidir.