“AFB Bank”ın səhmdarlarının yığıncağı keçiriləcək
![](https://ena.az/uploads/news/2021-04/_ena_68b0061c724e397da90664054_o.jpg)
Mayın 1-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“ENA” xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "AFB Bank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.