Axtar

Azərbaycanda 4 obyektin tikintisinə icazə verilib

Bakıda 1, Azərbaycanın bölgələrində isə 3 obyektin tikintisinə icazə verilib.

“ENA” bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bunlar Bakının Binəqədi rayonunda, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən yaşayış binası, Qusar rayonunun Girik kəndində yerləşən ticarət, ictimai-iaşə müəssisəsi, Şəmkir rayonunun Dəllər qəsəbəsinədə yerləşən idarəetmə və ictimai bina, Göygöl rayonunun Quşqara kəndində yerləşən kənd təsərrüfatı istehsalat binasıdır.

"Anar-60" firmasının inşa edəcəyi paytaxtdakı obyektin tikintisinə Komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, fiziki şəxslərin inşa edəcəyi digər 3 obyektin tikintisinə isə yerli İcra Hakimiyyətləri icazə verib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33