Sənaye

Səudiyyə Asiyaya neft tədarükü qiymətlərini qaldırıb

Səudiyyə Ərəbistanı may ayında Asiyaya tədarük ediləcək neftin qiymətini qaldırıb.

ENA.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Bloomberg” agentliyinin vurğuladığı kimi, OPEC+ üzvlərinin hasilatdakı məhdudiyyətləri azaltmaq barədə razılaşmasından sonra verilən qərar, krallığın Asiya bölgəsinin bərpasına inamından bəhs edir.

Asiya bazarında “Arab Light” markalı neftin qiyməti 40 sent artıb, digər markalar isə may ayında 20-50 sent bahalaşıb. “Bloomberg” tərəfindən sorğu edilən treyderlər və requlyatorlar qiymətlərin yalnız 30 sent artacağını gözlədiklərini söyləyiblər.

Şimal-qərbi Avropadan olan alıcılar üçün qiymətlər demək olar ki, dəyişməyib. “Arab Light” markası istisnadır: bu region üçün onun qiyməti 20 sent azalıb. Ümumilikdə, “Saudi Aramco”nun əksər neft markaları ABŞ üçün 10 sent azaldılıb.

Xatırladaq ki, OPEC+ ölkələri arasındakı yeni razılaşmadan sonra qiymətlərə yenidən baxmaq qərarı verilib. Keçən həftənin cümə axşamı günü tərəflər neft hasilatındakı məhdudiyyətlərin tədricən yumşaldılmasına və may ayında hasilatı gündə 350 min barel, iyunda 350 min və iyulda 450 min barel artırılmasına qayıtmağa razılaşıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)