LG smartfon bazarından birdəfəlik gedir
Cənubi Koreyanın “LG Electronics Inc” şirkəti maddi ziyana və yüksək rəqabətə görə mobil telefonlar bazarından getdiyini elan edib.
“ENA” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi bildirib.
Qeyd edilir ki, şirkət ağıllı telefonların (smartfonların - red) istehsalının satışını Vyetnamın “Vingroup” və Almaniyanın “Volkswagen” avtokonserni ilə müzakirə edib, ancaq razılaşmalar əldə olunmayıb.
Agentliyin məlumatına görə, LG-nin mobil biznesi 2015-ci ildə zərərlə işləməyə başlayıb, ötən il onun ümumi məbləği 4,4 milyard ABŞ dolları olub.
“LG Group” Cənubi Koreyanın miqyasına görə dördüncü maliyyə-sənaye qrupudur.
Daha əvvəl bildirilib ki, LG bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması olub.