Vakansiyalar

Bu vəzifələr üzrə işçilər axtarılır - MAAŞ 800-2500 MANAT

RİGHT SOLUTİONS MMC-yə Kran Ustası tələb olunur.

İş barədə məlumat:

- Kran Ustası (yükqaldıran kran)
- Krana Texniki qulluq
- Kranın təmiri
- Kranın təhlükəsizlik predmetinə gündəlik yoxlamasını aparmağı, habelə yağlama kimi adi profilaktik tədbirləri həyata keçirməyi bacarmalıdırlar
- Yükü daşımazdan əvvəl, bütün zəruri avadanlıq təhlükəsizlik və balans predmetinə yoxlanılmalıdır
- İş qrafiki 5 gün
- İş vaxtı 09:00-dan 18:00-dək

Namizədə tələblər:

- Yükqaldıran Kranların təmirində ən azı 3-5 il iş təcrübəsi
- Bu sahədə ixtisaslaşmış və sertifikatlaşmış namizədlər
- Yaş həddi 25-45 yaş

Əmək haqqı: 1100-1500 AZN
Şəhər: Bakı

E-mail: hr@asprof.az

***

Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası

Vakansiya: Mühəndis (smeta üzrə)
Müəssisənin adı: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC
Nəzərdə tutulan əmək haqqı: müsahibə zamanı razılaşdırılma yolu ilə
Əsas iş yeri: Bakı şəhəri

Namizədə dair tələblər:

• Mühəndis (İnşaat Sahəsi) ixtisası üzrə ali təhsil;
• Minimum 4-5 il müvafiq sahədə iş təcrübəsi;
• Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
• Dil: Azərbaycan, İngilis və Rus dilləri
• Kompüter bilikləri: Excel və AutoCAD proqramları (Smeta + , Microsoft Project bilənlərə üstünlük verilir);

Əsas vəzifə öhdəlikləri:

• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək
• Layhəyə əsasən iş həcmlərinin çıxarılması
• Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
• Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi
• Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
• Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
• Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
• Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
• Sahələrdən gələn texniki hesabatların yoxlanması
• Layihədəki büdcə risklərin analizi

E-mail : cv@akkord.az
Mövzu hissəsində " Mühəndis (smeta üzrə)" qeyd olunması zəruridir.

Qeyd: Xahiş olunur fikri ciddi olmayan və tələb olunan sahə üzrə iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.

***

Nazim 1001 şirkəti “Direktor” vakansiyası elan edir.

Namizədə verilən tələblər:

- Təhsil - Ali
- Yaş - 25-40
- Yalnız kişi namizədlər
- Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
- Xoş və səliqəli zahiri görünüş
- Yüksək danışıq qabiliyyəti, fikirini aydın izah etmə və aktiv satış bacarığı
- Səbrli və nəzakətli
- İşgüzar və hədəf yönlü
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, alıcılara nəzakətli rəftar
- Kollektiv ilə işləmə bacarığı

İş barədə məlumat:

• Satış prosesinin təşkili və satış şöbəsinin idarə olunması;
• Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması;
• Şirkətin satış həcminin artırılması;
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
• Müştəri debitor borclarının idarə edilməsi;
• Tenderlərdə iştirakın lazımi şəkildə təmin olunması.

Namizədə tələblər:

• Ali təhsil ;
• Satış sahəsi üzrə 3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını bilməli;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışmaq;
• Satış sahəsində yüksək bilik və bacarıqların olması;
• Müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• İdarəetmə bacarığı;
• Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
• Şəxsi avtomobilin olması arzuolunandır.

- İş saatı - 09.00 - 18.00 (6 gün)
- Əmək haqqı: 2000 - 2500(bonus sistemi)

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Direktor” qeyd edərək öz CV-lərini hr@nazim1001.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrəsi: 050-555-41-45

Nazim 1001 şirkəti 1993 cü ildən yağ,akkumlyator,təkər,filterlerin idxali və satışı ilə məşğuldur. 17 şirkətin rəsmi distributoru ,Petrol Ofisinin excluziv distributorudur.
1)Yağ çeşdlərimiz ; Petrol Ofisi ( Türkiyə),Petro Canada( Kanada),Eneoes( Yaponiya),Fosser ( Almaniya),A-kross ( Rusiya), G-max(Turkiyə)
2) Akkumlyator : İnci( Turkiyə),Hugel ( Turkiyə),Varta ( Almaniya), Yuasa ( Turkiye-Yaponiya),Vega ( Ukrayna),TAB ( Sloveniya)
3) Təkər : Altenzo ( Çin), Annaiti ( Çin) , Winda BOTO( Çin) Fullrun ( Çin)
4) Filter : Asass ( Turkiye), Powermax ( Turkiye)

Göstərilən keyfiyyətli məhsulların sizlərə təqdim olunması, görüşün keçirilməsi üçün bizimlə əlaqə saxlamağınızı xahiş edirik.

***

SMTS MMC

Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi

Vəzifə öhdəlikləri:

1. İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartların tələblərini və İnteqrasiya edilmiş İdarəetmə Sistemini tam bilmək;
2. Qanunlar, siyasətlər və prosedurları bilmək, onlara riayət etmək və tələb etmək;
3. Əməliyyatlar daxil olmaqla, tam daxili audit dövrünün həyata keçirilməsi və idarə edilməsi;
4. Audit proqpram və planın hazırlanması, auditin nəticəsi barədə yekun protokolun hazırlanması;
5. Keyfiyyət İdarəetmə sistemində baş verən və verə biləcək riskin təhlili aparılması;
6. İnformasiya toplamaq və daxili audit üçün iş yerlərinə baxış keçirmək;
7. Daxili yoxlamalar üçün ətraflı hesabat hazırlanması, yoxlanılması və düzəlişlərin aparılması;
8. Daxili auditlərdə iştirak etmək;
9. Əmək məhsuldarlığının artırılması, iş yerlərində keyfiyyətə nail olunması;
10. Müxtəlif təlimlər təklif edən şirkətlərlə əlaqə yaratmaq;
11. Keyfiyyət idarəetmə sisteminə nəzarət (QMS)
12. Müştəri məmnuniyyətlərini öyrənmək;
13. Keyfiyyətin idarə edilməsinə görə statistik təhlili aparılması və sistemin tələblərinə riayət etmək;
14. KN departamentinə aid sənədlərin hazırlanmasına və saxlanılmasına daim nəzarət etmək;
15. SWOT analizin hazırlanması.

Namizədə olan tələblər:

• Mühəndislik ixtisası üzrə ali təhsil
• Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı.
• İSO 9001 - 2015; İSO 14001 - 2015; İSO 45001 -2018 standartları üzrə daxili və xarici auditlərin aparılması üçün sertifikatlar
• Azərbaycan, rus və ingilis dilləri əla səviyyədə bilməli
• MS Office, AutoCad əla səviyyədə bilməli
• Yüksək səviyyədə texniki biliklərinin olması
• Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqları
• İşgüzar ünsiyyət bacarığı
• Komandada işləmək bacarığı

Digər tələb və şərtlər:

- Yaş həddi: 25-45
- Əmək haqqı: 1000-2000 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
- İş rejimi: həftədə 5 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 1 saat)
- Nahar şirkət tərəfindən verilir

***

“Barattson” MMC 

Barattson “Korporativ satış bölməsinin meneceri” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

• Mütəmadi olaraq müvafiq şirkətləri müəyyən etmək və təklif məktubları göndərmək
• Müştərilərə yeni məhsullar, kampaniyalar haqqında mütəmadi olaraq məlumat vermək;
• Müştəri bazasına malik olmaq və daima həmin bazanı yeniləmək və genişləndirmək
• Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələləri vəzifə səlahiyyəti çərçivəsində həll etmək;
• Korporativ müqavilələrin hazırlanmasını və imzalanmasını təmin etmək;
• Korporativ görüşlərə “Barattson Company” profili üzrə tədqimat materialları ilə getmək;
• Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarını müvafiq bölmələrdən məlumat alaraq hazırlamaq;
• Korporativ müştərilərin ödənişlərinə ümumi nəzarət etmək və ödənişlərin vaxtında ödənilməsini təmin etmək.
• Müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq;

Əsas tələblər:

• Ali təhsil
• B2B satış üzrə azı 3 il iş təcrübəsi
• Kommersiya işlərinin hazırlanması və sonlandırılması prosedurunu bilməli
• Danışıqların aparılması qaydalarını, iş etikasını bilməli, ona riayət etməli və xarici görünüşünə qarşı hər zaman səliqəli olmalı.
• Dil bilikləri: Azərbaycan dili-səlis, Rus dili-səlis, İngilis dili- “upper intermediate” səviyyəsi.
• Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point yaxşı bilmək
• İnsanları inandırma bacarığı
• Çevik işləmək bacarığı

Əmək haqqı: 800 AZN + hədəfə görə bonus.

İş qrafiki: standart olaraq altıgünlük (hazırda karantinlə bağlı beşgünlük)

Namizədlərdən CV formaların vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ satış bölməsinin meneceri”qeyd olunmaqla göndərməkləri xahiş olunur. CV-nin son göndərilmə tarixi: 25 aprel 2021 ci il.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Audit işləri üzrə Keyfiyyətə nəzarət mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department