“Birkart” BOKT-un nizamnamə kapitalı 6 milyon manatı keçib
“Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı daha 1,075 milyon manat və yaxud 21,5% artırılıb.
“ENA” xəbər verir ki, BOKT-un kapitalı 4,99 milyon manatdan 6,065 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.