Ötən ay Azərbaycan qızıl ixracını 2 dəfədən çox artırıb
Bu ilin fevral ayında Azərbaycan xarici ölkələrə 24,7 mln ABŞ dolları dəyərində qızıl ixrac edib.
ENA.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin mart sayında bildirilir.
Bu, 2020-ci ilin fevral ayının göstəricisi ilə müqayisədə 13,7 mln ABŞ dolları və ya 2,2 dəfə çoxdur.
Bu ilin yanvar-fevral ayları ərzində isə Azərbaycan xarici ölkələrə 34,4 mln ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 2020-ci ilin ilk iki ayı ilə müqayisədə 7,1 mln ABŞ dolları və ya 26 % çoxdur.