Azərbaycanın tədiyyə balansında ötən il 2 milyard dollar kəsir olub
2020-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 987,7 milyon ABŞ dolları təşkil edib. Halbuki, 2019-cu ildə tədiyyə balasında 5 142,9 milyon dollarlıq qalıq yaranmışdı.
"ENA" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 227,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,4 milyon dollarlıq kəsir (2,5 dəfə az), maliyyə hesabındakı 2 400,8 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), balanslaşdırıcı maddələr üzrə 648,1 milyon dollarlıq qalıq (2,1% az) hesabına formalaşıb.