Xaçmaz KOB evində sahibkarlara lisenziya veriləcək
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri müxtəlif fəaliyyət sahələrinə İqtisadiyyat Nazirliyinin verdiyi lisenziyalar üçün “Xaçmaz KOB evi"nə də müraciət edə bilərlər.
Bu barədə “ENA”ya nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlmata görə, bu ay "Xaçmaz KOB evi" vasitəsilə sahibkarlıq subyektinə bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı üçün lisenziya verilib. Həmçinin, ay ərzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərindən müxtəlif fəaliyyət sahələrinə lisenziyaların verilməsi üçün “Xaçmaz KOB evi”nə müraciətlər daxil olub.
"Xaçmaz KOB evi"ndə 16 dövlət və özəl qurum sahibkarlıq subyektlərinə 200-dən çox dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətləri göstərir, o cümlədən lisenziyaların verilməsini həyata keçirir.