Rusiya Ermənistanda hərbi mövcudluğunu GÜCLƏNDİRİR
Rusiya Ermənistanda hərbi kontingentini gücləndirməkdə davam edir.
ENA.az yerli KİV-ə istinadən xəbər verir ki, Gümrü şəhərinin 5 kilometrliyində yerləşən “Şirak” aeroportunda yeni anqarlar və hərbi obyektlərin tikintisi başlanılıb.
Aeroprtun genişləndirilərək Rusiyanın 102-ci hərbi bazasının ehtiyaclarını ödəyəcəyi xəbər verilir. Ərazidə Rusiyaya məxsus müasir dronların yerləşdiriıməsi planlaşdırılır.