Sağlamlıq

“AstraZeneca” peyvəndinin adı dəyişdirildi

Avropada baş verən hadisələrdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndi yeni bir ad alıb – “Vaxzevria”.

ENA.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə İsveç Sağlamlıq Məhsulları Agentliyinin saytında bildirilir.

Requlyator qeyd edir ki, ad dəyişikliyi dərmanın digər parametrlərinə də dəyişiklik edilməsini nəzərdə tutmur. Bununla belə, yeni məhsulun etiketi və qablaşdırılması fərqli ola bilər.

Xatırladaq ki, “AstraZeneca” peyvəndinin istifadəsini dayandıran son ölkə Kanada olub. Kanadalı mütəxəssislərin fikrincə, “AstraZeneca” preparatı tromboz xəstəliyinə səbəb olur. Bu cür halların sayı 100 mində 1-dir.

Bir neçə Avropa ölkəsi “AstraZeneca”nın istifadəsini ya dayandırıblar, ya da qadağan ediblər. Buna baxmayaraq, preparatın yaradıcıları onun təhlükəsiz olduğunu söyləyirlər. Şirkət 17 milyondan çox insanın sağlamlığına dair araşdırmada ağciyər emboliyası və ya trombozun riskini artırmadığını vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)