Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
Kanada hakimiyyəti Krımın Rusiyaya birləşdirilməsi səbəbindən yeni sanksiyalar elan edib.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda deyilir.
Bildirildiyi kimi, sanksiyalar Rusiyanın bir neçə vəzifəli şəxsə şamil olunur. Xatırladaq ki, Kanada qanunlarına görə, sanksiyalara dövlət ərazisindəki aktivlərin dondurulması və qara siyahı üzvləri ilə əməliyyatların qadağan edilməsi daxildir. Həmçinin onların maliyyə xidmətləri göstərmələri qadağandır.
Kanadanın Xarici İşlər Nazirliyi yeni sanksiyaların Avropa Birliyi, Böyük Britaniya və Avstraliya ilə razılaşdırıldığını vurğulayıb.