"Ever Given"in yükləri boşaldılacaq
Süveyş kanalında saya oturaraq, dəniz nəqliyyatının dayanmasına səbəb olan "Ever Given" gəmisinin yüklərinin bir hissəsi boşaldılacaq.
"ENA" "Washington Post" istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi göstəriş verib.
Yüklər ya kanal sahilinə, ya da başqa bir gəmiyə köçürüləcək. Maraq üçün bildirək ki, hazırda gəmidə 18300 konteyner var.
Məsələ ilə bağlı Süveyş Kanalı İdarəsinin sədri Usama Rabie də açıqlama verib. O bildirib ki, indiyədək görülən işlər sayəsində gəmini sadəcə 30 dərəcə hərəkət etdirmək mümkün olub.
Qeyd edək ki, baş verən qəzaya görə hazırda 300-dən çox gəmi həmin istiqamətdə tıxacda qalıb.