Elm və Texnologiya

TikTok-un “bazarı bağlana bilər” - YouTube-dan yeni xidmət

Qlobal video yayım xidməti olan YouTube ABŞ bazarında TikTok-un aparıcı mövqeyinə son qoymaq üçün öz platformasında Shorts adlanan yeni xidmətini istifadəyə verir.

ENA.az xəbər verir ki, bu tətbiqetmə istifadəçilərə mobil telefonlar üçün rahat olan şaquli formatda qısa videolar çəkməyə və onu xüsusi effektlər və YouTube-un siyahısındakı musiqilərlə bəzəməyə imkan verir.

“Bugündən başlayaraq və növbəti bir neçə həftə ərzində biz ABŞ-da yeni Shorts video xidmətimizin beta versiyasını tədricən genişləndirəcəyik” – YouTube dünən öz bloqunda bildirib. Yeni xidmət həm də videonun xüsusi yerlərində qısa mətnlər əlavə etmək funksiyasına malikdir.

TikTok ən böyük bazarlarından birində - Hindistanda ötən ilin yayında birdəfəlik olaraq qadağan edilib.  Bu fürsətdən yararlanan YouTube yeni qısa video yayım tətbiqetməsi olan Short-u 2020-ci ilin sentyabrından Hindistanda aktiv edib. Açıqlanan statistikaya görə Shorts-a hazırda bütün dünyada gündəlik 6,5 milyard baxış var. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)