"Qala Sığorta"nın səhmdarları əlavə kapital qoyuluşunu müzakirə edəcəklər
Aprelin 20-də “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncağın gündəliyinə sığorta şirkətinin nizamnamə kapitalının artırılması və bununla bağlı digər məsələlər, eləcə də cari məsələlər daxildir”, - deyə məlumatda bildirilir.
2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin 6,5 milyon dollara alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.