MALİYYƏ

“Finans Lizinq”ə yeni sədr təyin edilib

“Finans Lizinq” ASC-nin İdarə Heyətinə təxminən il yarımlıq fasilədən sonra yeni sədr təyin edilib.

Bu, İsmayıl Quliyevdir.

Xatırladaq ki, “Finans Lizinq”in keçmiş sədri Ramil Məmmədov 2019-cu ilin oktyabr ayında işdən çıxıb. Bu müddətdə səhmdar cəmiyyətinə onun Müşahidə Şurasının sədri Elxan Həşimov rəhbərlik edib.

“Finans Lizinq” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 18,4%-i Murğuz Tağıyevə, 16,5%-i Azad Cəbrayılova, 12%-i Sevda İbrahimovaya, yenə də 12%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 4,5%-i Tofiq Cəfərova, 3,1%-i Azər Hacıyevə, 2%-i Elçin Tağıyevə, 1,7%-i Zakir Zeynalova, 1,5%-i Anar Bağırova, 1%-i Anar Aslanova, 0,3%-i isə Zülfüqar Niftiyevə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)