İlk seçim həmişə yaxşı olmur: səhvlər barədə 5 DƏRS
Biz, bir qayda olaraq, həyati vacib qərarlara gələndə özümüzə qarşı çox sərt oluruq. Əgər ilk beş romantik münasibətimiz dağılırsa, ömrümüz boyu yalnız olacağımızı düşünməyə başlayırıq.
Əgər məktəbi bitirdikdən, təhsil aldıqdan və illərlə nifrət etdiyimiz bir işi öyrəndikdən sonra bunun fərqinə vara bilmədiyimizi başa düşürüksə, özümüzü çox bədbəxt hiss edirik.
Əgər kitab yazmaq, qazanc gətirməyən bir işə başlamaq, dəyərli nəsə yaratmaq xəyalımız varsa və ilkin mərhələdə problemlərlə qarşılaşırıqsa, fəaliyyətin bu növü üçün bacarıqsız olduğumuza qərar veririk.
Düşünürəm ki, mürəkkəb və çoxşaxəli bir şey etməyə çalışdığımız zaman səhvlər əslində doğru yolda olduğumuzu göstərir.
Və bunun aşağıdakı səbəbləri var.
İlk seçim ən yaxşı seçimə qarşı
Bu və ya digər səbəbdən çox vaxt ilk qərarımızın doğru olacağını gözləyirik. Lakin, əslində ilk cəhdiniz uğursuzluqla başa çatırsa, bu olduqca normaldır. Və hər şeydən əvvəl, yalnız həyatı vacib qərarlara aiddir.
Məsələn,
Həyat yoldaşının seçimi. İlk münasibətlərinizi düşünün. O insan həyat yoldaşı olaraq ideal seçim olardımı? Gəlin daha irəli gedən və bu rolda ilk sevginizi təsəvvür edək. Mükəmməl yoldaş tapmaq çətindir və ilk cəhddə onunla qarşılaşacağını gözləmək ağlabatan fikir deyil. Nadir hallarda ilk sevgi yeganə sevgiyə çevrilir.
Karyera seçimi. 22 yaşda 40 yaşlı özünüz üçün ideal karyera seçə bilməyiniz ehtimalı nə qədərdir? Və ya 30 yaşlı? Hətta 25 yaşlı? Gənc yaşınızdan özünüz haqqında nə qədər şey öyrəndiyinizi düşünün. Zaman keçdikcə böyüyürük və dəyişirik. Məzun olduqdan sonra iş həyatınızın rəvan olacağına inanmağın mənası yoxdur.
Biznesə başlamaq qərarı. Çətin ki, ilk biznes ideyanız ən yaxşı fikir olsun. Çox güman ki, uğurlu olmayacaq. Və bu, sahibkarlığın gerçəkliyidir.
İstədiyiniz dəyərləri müəyyənləşdirmək və ya karyeranızı seçmək kimi çətin məsələlərə gəldikdə, ilk cəhdin optimal bir həllə gətirib çıxarması inandırıcı gəlmir.
Səhvlər haqqında 5 dərs
Səhv olmaq – səsləndiyi qədər pis deyil. Mən bir çox səhvə yol verdim və öz təcrübəmə əsaslanaraq bundan beş dərs götürdüm.
1. Geriyə baxanda pis görünən seçimlər böyümə göstəricisidir, özünəhörmət və ya intellekt deyil
Bir il əvvəl verdiyiniz qərarlara baxdığınız zaman, onlardan ən gülünc və axmaq olanları tapmağı ümid edirsiniz və bu da böyüdüyünüz deməkdir.
Əgər rahatlıq zonasında yaşayırsınızsa və səhvə yol verməyəcəyinizə əminsinizsə, əsl potensialınızı heç vaxt aça bilməyəcəksiniz. İlk cəhddə ən yaxşı qərarı verəcək bir şey haqqında kifayət qədər məlumatınız varsa, deməli özünüzlə rəqabət etmirsiniz.
2. İlk qərarınızın səhv olacağı ehtimalı nəzərə alsaq, edə biləcəyiniz ən yaxşı şey başlamaqdır
Səhvlərinizdən nə qədər tez dərs çıxarsanız, onlardan qaçmağı bir o qədər tez öyrənəcəksiniz. Münasibətlər və ya sahibkarlığa buna tam hazır olmadığınız vaxtda başlamalısınız. Çünki heç kim 100% hazır ola bilməz. Öyrənməyin ən yaxşı yolu təcrübədir.
3. Böyük vəzifələri kiçik vəzifələrə bölün
Hər hansı bir işə baxıb sizə nə edəcəyinizi söyləyə bilmərəm. Sahibkarlıq – çox geniş bir mövzudur. Lakin bununla birlikdə veb-sayta nəzər yetirə və e-poçt siyahısı yaratmaq üçün onu necə optimallaşdırmağa təklif edə bilərəm, çünki bu, biliklərimi inkişaf etdirmək üçün kifayət qədər kiçik mövzudur. İlk cəhddə düzgün qərarlar vermək istəyirsinizsə, daha dar sahədə inkişaf edin.
Fizika üzər Nobel mükafatı laureatı Nils Borun dediyi kimi, “Mütəxəssis – çox dar bir ixtisasda mümkün olan bütün səhvləri edən insandır”.
4. İnstinktinizə yalnız məlumatınız və ya təcrübəniz olduqda etibar edə bilərsiniz
Yetkinliyinizi sübut etdiyiniz sahələrdə məsuliyyətli qərarlar verərkən intuisiyanıza etibar edə bilərsiniz. Unutmayın ki, nəyin işlədiyini və nəyin işləmədiyini öyrənməyin yeganə yolu təcrübə fəlsəfəsinə uyğunlaşmaqdır.
5. Uğursuzluğun baş verə bilməsi, uğursuzluq gözləmək üçün bəraət deyil
Səhv qərar verdiyiniz üçün depressiyaya düşmək və ya fikrinizdən keçmək lazım deyil. Üstəlik, əlinizdən gələni etməyə borclusunuz, çünki proses əmək və təcrübədir. Və bu, uğursuz olduqda son dərəcədə vacibdir.
5. Uğursuzluğun baş verə bilməsi, uğursuzluq gözləmək üçün bəraət deyil
Səhv qərar verdiyiniz üçün depressiyaya düşmək və ya fikrinizdən keçmək lazım deyil. Üstəlik, əlinizdən gələni etməyə borclusunuz, çünki proses əmək və təcrübədir. Və bu, uğursuz olduqda son dərəcədə vacibdir.
Nəzərə almalısınız ki, təkrarlanan uğursuzluqlar haqlı olmağın əvəzidir. Qələbəni gözlərin və əvvəldən bu şəkildə davranın. İlk qərarınız nadir hallarda mükəmməl olur. İndidən işə başlayın, özünüzü mühakimə etməyin və onda böyüməyə başlayın.