Nazir: "İşğaldan azad edilmiş 9 rayonda daşınmaz əmlakın ilkin inventarlaşdırılması yekunlaşıb"
"İşğaldan azad edilmiş 9 rayon üzrə 124 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir".
"ENA" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, digər yaşayış məntəqələrinə təhlükəsiz giriş imkanları yarandıqca, inventarlaşdırma aparılacaq.