BİZNES

”AMAY” Ticarət Mərkəzinin dövlətə 400 min manat vergi borcu var

“AMAY” ticarət mərkəzinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasında yerləşdirilib.

Məlumata əsasən, “AMAY” ticarət mərkəzinin vergi borcu 394 808 manat təşkil edir.

Qeyd edək ki, bu vergi borcu 14 mart 2021-ci il tarixinə olan məlumatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)