Bank

Bank işçilərinin sayı bir ayda 145 nəfər artıb

Bu il noyabrın 1-nə, Azərbaycanın bank sektorunun işçi bazası 17 211 nəfər təşkil edib.

"BI" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatından məlum olur.

Oktyabr ayı ərzində işçi sayında 145 nəfər və ya 0,9% artım qeydə alınıb. Hesabata əsasən bank işçilərinin sayı illik müqayisədə 741 nəfər və ya 4,5% artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)