Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,59 ABŞ dolları və ya 0,90% artaraq 66,20 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,56 dollar və ya 0,81% artaraq 69,78 dollar təşkil edib.