Dövlət şirkətinə - YENİ TƏYİNAT
“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
"BI" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.
Qeyd edək ki, Aqil Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.
“Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu qurum eyni Fərmanla ləğv edilən “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Fərmana əsasən, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.