Azərbaycana zinət əşyalarının idxalı 20 dəfə artıb
İnflyasiya və əmək haqqının artımını müqayisə etsək, azərbaycanlıların ödəniş qabiliyyəti azalır, amma idxal olunan qızıl, qiymətli metallar və zərgərlik məmulatlarına tələbat kəskin artıb.
"BI" xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatını nəzərdən keçirəndə bu nəticəyə gəlmək mümkündür.
Bu strukturun məlumatına əsasən, 2016-cı ilin 9 ayı ərzində "Mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar" adlanan əmtəə qrupu üzrə idxalın qiyməti 23.3 milyon dollar, 2017-ci ilin 9 ayında 25.5 milyon, 2018-ci ilin eyni dövründə isə gözlənilmədən 20 dəfə artaraq 477 milyon dollar olub. Nəticədə 2017-ci ildə bu malların idxalda payı yalnız 0,4% təşkil edibsə, bu il 5,2%-ə çatıb.