Sənaye

“Lukoil”in xalis mənfəəti 42 dəfə azalıb

Rusiyanın “Lukoil” neft-qaz şirkətinin 2020-ci ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə səhmdarlara aid olan xalis mənfəəti əvvəlki ilə nisbətən 42 dəfə azalaraq 15,2 mlrd. rubl (205,2 mln. ABŞ dolları) təşkil edib.

Bu barədə şirkətin açıqlamasında deyilir.

“Lukoil”in EBITDA (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət) üzrə göstəricilər 2020-ci ildə 1,8 dəfə azalaraq 687,1 mlrd. rubla (9,290 mlrd. dollar) enib. Şirkətin satış gəlirləri 28% azalaraq 5,639 trln. rubl (76,239 mlrd. dollar) təşkil edib.

“Pandemiya səbəbindən qlobal iqtisadi fəaliyyətdəki azalma və bundan sonra karbohidrogenlərə tələbatın azalması və qiymətlərdə görünməmiş azalma şirkətin ötən ilin IV rübündə və 2020-ci ilin sonunda əməliyyat və maliyyə göstəricilərinə mənfi təsir edib və 2021-ci ilin I rübündə da mənfi təsirini göstərməyə davam edir”, – şirkətin açıqlamasında deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)