BP Qazaxıstandakı neft layihələrindən çıxdı
Enerji nəhəngi BP şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.
Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda BP-nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.
Eləcə də bax: “Saudi Aramco” Asiya və ABŞ üçün qiymətləri qaldırıb
Qeyd edək ki, BP 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu qeyd edilir.
COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.
BP ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini açıqlayıb və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilmişdi.