Sənaye

“Saudi Aramco” Asiya və ABŞ üçün qiymətləri qaldırıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Asiya və ABŞ-dakı müştəriləri üçün ixrac qiymətlərini qaldırıb.

“ENA” “Bloomberg”ə istinadən xəbər verir ki, qərar OPEC + iştirakçı ölkələrinin çoxunun hasilatı artırmamaq barədə qərarı fonunda verilib.

Belə ki, “Arab light” neft markasının qiyməti Asiya üçün 80 sent, ABŞ üçün isə 1,40 ABŞ dolları qaldırılıb.

Nəticədə neftin qiyməti 2020-ci ilin mart ayından bəri ən yüksək həddə çatıb. “Saudi Aramco” Avropadakı alıcılar üçün isə neftin qiymətini endirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)