Azərbaycanda kapital amnistiyasının tətbiqinə dair prosedurlara başlanılıb
Azərbaycan iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə ölkədə kapitalın və əmlakın amnistiyası nəzərdən keçirilir.
“ENA” xəbər veir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı hesabatda bildirilir.
“İqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsi baxımından ölkədə capital və əmlakın amnistiyasının nəzərdən keçirilməso məqsədilə capital və əmlak amnistiyası ilə bağlı digər ölkələrin təcrübəsi araşdırılmış və bu sahədə beynəlxalq standartlar və kapital amnistiyası tətbiq edən ölkələrə dair tələblərtəhlil olunub, mövcud prosedura uyğun olaraq üzvü olduğumuz Avropa Şurasının MONEYVAL Komitəsinin kaibliyi Azərbaycanda kapital amnistiyasının tətbiqi prosedurlarına başlanılması barədə məlumatlandırılıb və hazırda bununla bağlı hazırlanmış layihələr üzərində iş aparılır”, - deyə sənədddə qeyd edilib.