Bank

“PAŞA Bank”da yeni departament rəhbəri təyin edilib

“PAŞA Bank” ASC-nin Komplayns və idarəetmə blokunun departamentlərindən birinin yeni rəhbəri məlum oldu.

EN.az Banker.az-a istinadən xəbər verir ki, Gülər Paşayeva bankın Korporativ idarəetmə və inzibatçılıq departamentinə direktor təyin edilib. O, bu vəzifəsinin icrasına 2021-ci ildən başlayaraq start verib.

G.Paşayeva 10 ilə yaxındır bu bankın uğurları üçün çalışır. Belə ki, 2011-ci ildən başlayaraq bank karyerasını “PAŞA Bank”da qurub.

2015-ci ilin iyunundan bankın Hüquq departamentinin strukturuna aid edilən şöbədə müdir, 2015-ci ilin oktyabrından isə Korporativ katib şöbəsinin müdiri kimi çalışırdı.

O, həmçinin Kiçik kreditlər komitəsinin üzvidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)