Sənaye

SOCAR Ukraynaya Litva istehsalı olan avtomobil benzini idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı “SOCAR Ukraine” törəmə şirkəti fevral ayında ölkəyə 3,4 min ton avtomobil benzini idxal edib.

“ENA” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “A-95” konsaltinq qrupun hesabatında deyilir.

Məlumata görə, “SOCAR Ukraine” şirkətinin ölkəyə idxal etdiyi benzin əsasən Litva istehsalı olan avtomobil benzinidir.

Ümumilikdə, bu ilin fevral ayında Ukrayna bazarına 80,1 min ton benzin idxal edilib. Bu, 2020-ci ilin eyni ayı ilə müqayisədə 2,9 min ton və ya 3,7 % çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə Ukraynaya 168,9 min ton benzin idxal edilib. Bu da ötən ilin iki ayının göstəriciləri ilə müqayisədə 15 % çoxdur.

Belə ki, fevralda Belarusdan Ukraynaya 67,1 min ton avtomobil benzini gətirilib ki, bu da illik müqayisədə 26 % çoxdur. Ötən ay ərzində Polşadan Ukraynaya 11,9 min ton benzin tədarük edilib ki, bu da 2020-ci ilin fevral ayı ilə nüqayisədə 46,6 % azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)