BİZNES

AHK: Bazara giriş üçün yüksək xərclər region şirkətləri üçün problemdir

Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") Azərbaycan, Belarus, Gürcüstan və Ukraynadan olan kiçik və orta biznes nümayəndələri arasında sorğu keçirib.

Məlumata görə, “SME Development Report”unda nəticələri açıqlanan sorğuda 150 şirkət iştirak edib.

Sorğu nəticəsinə görə, COVID-19 pandemiyasının təsirlərinə baxmayaraq, sorğuda iştirak edən şirkətlər nikbin qalmağa davam edirlər.

Turizm şirkətlərinin 90 %-ə qədəri, kənd təsərrüfatı şirkətlərinin 70 %-i pandemiyanın onların iş və ixracat fəaliyyətlərinə əhəmiyyətli dərəcədə mənfi təsirlər göstərdiyini qeyd ediblər. Amma buna baxmayaraq şirkətlərin demək olar ki 98 %-i iş fəaliyyətlərini davam etdirməyi və ya hətta genişləndirməyi planlaşdırırlar.

Kənd təsərrüfatı şirkətlərinin dörddə üçü və turizm şirkətlərinin üçdə ikisi hətta yeni bazarlara çıxmaq istəyir.

Bu baxımdan sorğuda iştirak edən şirkətlər üçün maliyyəyə çıxış, bazara giriş üçün yüksək xərclər və etibarlı iş ortaqları tapmaq ən böyük problemdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)