ENA+

Türkiyədə işsizlik artıb

Türkiyədə işsizlərin sayı 2018-ci ilin Sentyabr dövründə ötən ilin eyni dövrünə nisbətən 330 min nəfər artaraq 3 milyon 749 min nəfər olub.

"BI" xəbər verir ki, işsizlik nisbəti 0,8 bənd artım ilə 11,4% səviyyəsinə yüksəlib. Proqnoz 11,6% idi.
 
Həmin dövrdə; Kənd təsərrüfatıxaric işsizlik nisbəti 0,7 bəndlik artım ilə 13,5% olub. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 1,6 bəndlik artım ilə 21,6%, 15-64 yaş qrupunda isə bu nisbət 0,9 bəndlik artım ilə 11,7% olaraq açıqlanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)