Bank

Azərbaycanda hansı banklar işçilərə daha çox əməkhaqqı ayırır? - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2018-ci ilin 1-ci yarım illiyində işçi heyətinə çəkdiyi xərcləri analiz edilib. Xərc dedikdə, Bankın 6 ay ərzində (bəzilərində məlumat yeni məlumat olmadığı üçün ötən il üçün hesablanıb) əmək haqqı, mükafatlar, kompensasiya və müavinətlərin, sosial təminat xərcləri və DSMF-ə ayırmaları nəzərdə tutulur.

Analiz edilən hesabat əsasən bankların hər bir işçi üzərinə ortalama düşən aylıq xərclərini əhatə edir. Siyahıya bazarın ən gənc iştirakçısı olan “Ziraat Bank Azərbycan” başçılıq edir. Belə ki, adı çəkilən bank 2018-ci ilin yanvar-iyun aylarında hər bir işçiyə çəkdiyi ortalama aylıq xərc 3,268 manat civarında olub.

TOP 3-lüyü isə “PAŞA Holdinq”in əsas səhmdarı olan banklar tamamlayır. Belə ki, hər işçiyə görə ən çox xərci 2-ci yerdə “PAŞA Bank” 2,985 manat, 3-cü pilləni isə “Kapital Bank” tamamlayır.

Qeyd edək ki, tərtib edilən siyahı 3 formada tərtib edilib. Siyahıda 1-ci siyahı banklar tərəfindən yanvar-iyun aylarına açıqlanan, 2-ci siyahı bu il bu növ hesabatları açıqlamayan, lakin, ötən ilin(2017) yanvar-dekabr aylarını əhatə edən hesabatından götürülmüş rəqəmləri əhatə edir.

3-cü siyahı isə bütün bu növ hesabatları ictimaiyyətə açıqlamayan banklardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)