YAP-ın tərkibi yenilənir - Növbədənkənar qurultayın tarixi açıqlandı
Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçiriləcək.
Məlumata görə, qurultayda bir sıra vacib qərarlar qəbul ediləcək.
Eləcə də bax: İcra qurumları və dövlət şirkətlərinə “qənaət” tapşırığı - YENİ QAYDA
Belə ki, partiyanın tərkibi yenilənəcək. Bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağı istisna edilmir.
Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.