Sosial iqtisadiyyat

“ABAD”ın departament rəhbəri vəzifəsindən azad edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") tabeliyində “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri İradə Əmirəslanova vəzifəsindən azad edilib.

"ENA" xəbər verir ki, bununla bağlı "ABAD"ın direktoru Rüfət Elçiyev əmr imzalayıb.

Hələlik Dekorativ-tətbiqi Xalq Sənətkarlığı departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)