Axtar

Son altı ildə yüzə yaxın şirkət alıb

“Apple”ın rəhbəri Tim Kukun sözlərinə görə, son altı ildə şirkət yüzə yaxın şirkət alıb. Sahibkar vurğulayır ki, bu, yeni istedad və texnologiya qazanmaq məqsədini daşıyır.

ENA.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Ən böyük sövdələşmələr arasında 2014-cü ildə qulaqlıq istehsalçısı “Beats Electronics”in 3.2 milyard dollara, 2017-ci ildə isə musiqi tanıma xidməti “Shazam”ın 400 milyon dollara alınması olub.

Qeyd edək ki, “Apple” əsasən kiçik startaplara üstünlük verir. Bu cür şirkətlərin siyahısı müxtəlifdir – pilotsuz texnologiyalardan tutmuş podkastlara qədər.

Rəqiblərlə müqayisədə “Apple” bu razılaşmalara daha az pul xərcləyir. Məsələn, “Microsoft” korporasiyası “LinkedIn”i əldə etmək üçün 26.2 milyard dollar, “Amazon” isə “Whole Foods”u almaq üçün 19 milyard dollar xərcləyib. BBC-nin bildirdiyi kimi, “Apple”ın ən böyük sövdələşmələrinin toplu qiyməti sadalanan müqavilələrlə müqayisə edilə bilməz.

2020-ci ilin yayında “Apple”, “Google”, “Facebook” və “Amazon” rəhbərləri ABŞ Konqresinə hesabat veriblər. Hesabat əsasən rəqiblərin “udulması” mövzusuna həsr olunub. Bununla yanaşı, “Apple” Avropa İttifaqının antimonopoliya istintaqı altındadır.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33