Sənaye

“Azərenerji”nin ixrac gəlirləri azalıb

Bu ilin yanvar ayında "Azərenerji" ASC 350 min ABŞ dolları dəyərində 8,405 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

ENA.az” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,3473 milyon ABŞ dolları (95,5 %) və 143,745 milyon kVt/saat (94,45 %) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,02 %, qeyri-neft sektoru üzrə ixracında isə 0,24 % paya malik olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)