ENA+

Böyük Turan”dan danışırıqsa... - LAVROVDAN AÇIQLAMA

“Tarixi mənada fövqəlmilli bir varlıq kimi “Böyük Turan”dan danışırıqsa, Türkiyənin belə bir hədəf axtardığını düşünmürəm. SSRİ-nin bir hissəsi olmuş və müstəqil dövlətlərə çevrilmiş ölkələrin bu fikri necə dəstəkləyə biləcəyini başa düşmürəm”.

"ENA" xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bunu RBC TV-yə verdiyi müsahibəsində deyib. O, Türkiyənin belə bir məqsəd güddüyünə inanmadığını bəyan edib. 

Onun fikrincə, bu fonda Azərbaycan kimi ölkələrin xarici siyasətinin mahiyyəti milli dövlətlərini gücləndirməyə əsaslanır.

Lavrov Türkiyə ilə bir sıra Orta Asiya ölkələri arasındakı mövcud əlaqələri də şərh edib.

“Bir neçə respublikamız təmaslarda maraqlıdır. Orada xüsusi layihələri təşviq edirlər. TÜRKSOY adlı türk mədəniyyətinə aid beynəlxalq bir təşkilat var. Həmçinin Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi bir quruluş da mövcuddur. Bunların hamısı artıq uzun müddətdir fəaliyyət göstərir. Onların öz planları var, tədbirlər keçirirlər”,-deyə Lavrov əlavə edib.

Lavrovun sözlərinə görə, bu fəaliyyətlər mədəni, dil və təhsil ənənələrindən qaynaqlanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)