"Veysəloğlu" işçi axtarır - VAKANSİYA
Vəzifə: Çörəkçi (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 18-40
İşin Təsviri: Fransız reseptləri əsasında çörəklərin bişirilməsi.
Vəzifə öhdəlikləri:
- Fransız reseptlərinə əsasən çörəklər bişirmək;
- Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
- İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
- Sifarişləri vaxtında yerinə yetirmək.
Tələblər:
- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.
Təminatlar:
- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.
İş qrafiki:
1-ci növbə: 07:00-15:00
2-ci növbə: 08:00-16:00
3-cü növbə: 13:00-21:00
Həftədə 1 dəfə gecə növbəsi: saat 01:00-dan 08:00-a kimi (yol xərci qarşılanır)
Əlaqə nömrəsi: 055 505 91 51
Müraciət qaydaları: CV-nizi hr@entree.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Çörəkçi-Entree” yazıb göndərməklə müraciət edilir.