NASA-nın aparatı Marsa eniş edib
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinə (NASA) məxsus "Perseverance" aparatı Marsa eniş edib.
ENA.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata əsasən, Marsdan artıq iki foto alınıb: "Biz "Perseverance" aparatının Mars səthində fəaliyyət göstərməsi barədə məlumat aldıq. Artıq Mars səthindən iki foto almışıq".
Aparatın Qırmızı planetə enməsi NASA-nın saytında da canlı olaraq yayımlanıb.
Qeyd edək ki, bu, Marsa enən NASA-nın beşinci kosmik aparatıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin